Geri qayıt
Operatorlar
14.04.2026 Nömrə Market

Nar hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

Nar hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

Sosialyönümlü təşəbbüsləri ilə seçilən Nar “Biz Hamımız Birik” adlı yeni DEIB (Müxtəliflik, Bərabərlik, İnklüzivlik və Mənsubiyyət)

 strategiyası çərçivəsində bərabər və inklüziv mühitin formalaşdırılması istiqamətində fəaliyyətini genişləndirir. Strategiyanın əsas məqsədi 

mobil xidmətlərin əlilliyi olan şəxslər üçün daha əlçatan olmasını təmin etməkdir.

Layihə çərçivəsində “Nar”ın müştəri mərkəzlərinin əməkdaşları eşitmə məhdudiyyətli abunəçilərə jest dilində xidmət göstərməyə başlayıblar. 

Bu təşəbbüs müştəri mərkəzlərində ünsiyyətin keyfiyyətini artırmağa və xidmətin hər kəs üçün əlçatan olmasına töhfə verir.

Bundan əlavə, ötən ildən etibarən əlilliyi olan şəxslərin rahatlığı üçün “Nar” ofislərində növbədənkənar xidmət təqdim olunur. 

Həmçinin “Elmlər Akademiyası” və “Memar Əcəmi” müştəri mərkəzləri əlil arabası istifadəçiləri üçün tam uyğunlaşdırılıb, giriş-çıxış yolları və infrastruktur bu şəxslərin rahat hərəkətini təmin edəcək şəkildə yenidən qurulub.

Sizə uyğun nömrəni
hələ tapmamısınız?

NÖMRƏLƏRƏ BAXIN